Lalə ana oldu - fotolar

Lalə ana oldu -  fotolar
10953 dəfə oxunub
  • A-
  • A
  • A+
Lider kanalında yayımlanan "Ay ev yiyəsi" layihəsinin aparıcısı Lalə Əlimuxtarova ana olub.

Axşam.az-ın məlumatına görə, aparıcının qız övladı dünyaya gəlib.

Qeyd edək ki, aparıcının doğumdan sonrakı ilk şəklini müğənni rəfiqəsi Roza Zərgərli öz "İnstaqram" səhifəsində paylaşıb.

***

Lalə yaşadığı hissləri simsar.az saytı ilə bölüşüb:

“Qızım Melis dünyamı nura boyadı. Həkimlər deyir ki, çox sağlam övlad dünyaya gətirmişəm. 52 sm boyu, 3 kilo çəkisi olan körpəmin vəziyyəti MaşAllah olsun çox yaxşıdır. Allah - Təala bu sevincimdən cəmi övlad gözləyən xanımlarımıza yaşatsın”.

Lalə söyləyib ki, Melisin görüntülərini yalnız 40 gününün tamamından sonra görə biləcəyik.