Aşıq Samirə aparıcılıq etdi - video

Aşıq Samirə aparıcılıq etdi - video
1981 dəfə oxunub
  • A-
  • A
  • A+
“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin budəfəki aparıcısı Aşıq Samirə olub.

Axşam.az-ın məlumatına görə, proqram bu dəfə Samirənin doğulub-böyüdüyü Tovuz rayonunda çəkilib. Müğənni “Top10” rubrikasında ifaçıların kliplərini təqdim edib.

Bu həftə “10-luğ”a xalq artisti Səməd Səmədovun “Evlənirəm” klipi daxil olub. Müğənni Nadir Qafarzadə irəliləyərək 8-ci yerdə qərarlaşıb. Müğənni Rəqsanə İsmayılovanın klipi isə geriləyərək 7-ci olub. Aşıq Samirə xalq artisti Nisə Qasımovanın 5-ci pillədə olduğunu biləndə isə, bundan şikayətlənərək, tamaşaçılardan səs istəyib.

İlk üçlüyə xalq artisti Zülfiyyə Xanbabayeva və Miri Yusifin dueti, müğənni Eldar Qasımov daxil olub. “Top10”-luğun bu həftə qalibi yenə də əməkdar artist Manana olub.

Hər gün saat 16:00-da yayımlanan “Bu saat” verilişinin müəllifi Nail Naiboğludur.