“Madmazel”i bu səhnələrinə görə təhqir etdilər - fotolar

“Madmazel”i bu səhnələrinə görə təhqir etdilər -  fotolar
5487 dəfə oxunub
  • A-
  • A
  • A+
“Aşkı-Memnu” serialından Madmazel obrazı ilə tanınan aktrisa Zərrin Tekindorun “Kim qorxar xain qurddan” adlı tamaşasında canlandırdığı səhnələr sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, həmin tamaşadan çəkilmiş şəkilləri İnstaqram səhifəsinə paylaşan aktrisa izləyicilərin sərt reaksiyası ilə qarşılaşıb. Lakin Z.Tekindor buna rəğmən, şəkilləri yox, ona yazılan təhqiredici şərhləri silib.

Qeyd edək ki, həmin tamaşanın rejissoru Zərrinin Çetin Tekindordan olan oğlu Hira Tekindordur. Tamaşa bu yaxınlarda Türkiyə turnesinə çıxacaq.