"Azərbaycanın səsi" bəlli oldu - fotolar

"Azərbaycanın səsi" bəlli oldu  - fotolar
4248 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışması başa çatıb.

Axşam.az-ın məlumatına görə, finala əməkdar artist Elza Seyidcahanın iki tələbəsi - Ayla Şiriyeva və Elvin Ordubadlı yüksəlib.

Sənətçi veriliş boyunca Aylanı qalib görmək istədiyini desə də, Elvin ən çox səs toplayaraq birinci olub.

Qeyd edək ki, Elnarə Xəlilova, Elza Seyidcahan, Namiq Qaraçuxurlu və Nadir Qafarzadənin münsif olduğu “Azərbaycanın səsi” yarışmasının qalibi avtomobil qazanmaqla yanaşı, ölkəmizi “Türkvision” müsabiqəsində təmsil edəcək. Sözügedən yarışma bu il  Kazanda keçiriləcək.

Foto: Ruslan ƏSƏDOV