Yay bitdi, "Piknik" bağlandı

Yay bitdi, "Piknik" bağlandı
1637 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Piknik” verilişi mövsümün sonuncu buraxılışını yayımlayacaq.

Axşam.az-ın məlumatına görə, həftənin şənbə günü efirə gedəcək proqramın qonaqları Aşıq Əli, müğənni Xatirə İslam və Rəvan Qarayevdir. Rejissor Aynurə Tahirqızı verilişin bitməsi ilə bağlı açıqlama verib:
 
“Yay mövsümü başa çatdı. Bizim veriliş də yay ab-havalı idi. Buna görə də, qərar verdik ki, layihəni dayandıraq. Son bölümümüz də maraqlı olacaq”.

Qeyd edək ki, veriliş hər həftənin şənbə günü saat 16:00-da efirə gedirdi. Proqramın rejissoru və layihə rəhbəri Aynurə Tahirqızı, aparıcılar Kəmalə Piriyeva, İslam Mehrəliyev, operatoru Əli Hüseynov, Tural Əhmədov, montajçısı Əhməd Heybətov, prodüseri Gülnarə Rəsul, baş redaktoru Tünzalə Məlikovadır.