“Onu çox sevirəm, keçmişinə də hörmət edirəm” – müsahibə

“Onu çox sevirəm, keçmişinə də hörmət edirəm” – müsahibə
7164 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor İbrahim Çelikkol “Hürriyət” qəzetinə müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, aktrisa Sinəm Kobalın sevgilisi olan yaraşıqlı aktyor şəxsi həyatından danışaraq S.Koballa olan münasibətlərindən danışıb.
 
İ.Çelikkolun müsahibəsini ixtisarla təqdim edirik:

- Sinəmlə necə tanış olmusunuz?

- Ofisdə. Çox təbii və gözəl görünürdü, həm də səmimi idi. Mən belə qadınları sevirəm. Uzun müddət dost olduq. Sonra Amerikaya həm tətilə, həm də təhsil almağa getdim. Telefonla danışırdıq, ancaq hələ münasibətlərimizin adını qoymamışdıq. Mən qayıdandan sonra sevgili olduq. Sinəmi çox sevirəm...

- Xoşbəxtlik tablonuzu təsvir elə...

- Onu meşəyə aparıram, orada əl-ələ gəzirik. Sinəm də idmanı sevdiyi üçün onunla yürüş edirik.

- Neçə müddətdir birlikdəsiniz?

- Amerikanı da saysaq, 8-9 ay oldu. Bizə mane olan, gizlətdiyimiz heç nə yoxdur.

- Şəkillərinizin çəkilməsi sizi narahat edirmi?

- Yox. Burda nə var ki? Biz müxtəlif yerlərə getməyi xoşlayırıq.

- Sinəmin keçmiş sevgililəri səni narahat edir? Uzun müddət Arda ilə birlikdə olub...

- Hamının keçmişinə hörmət etmək lazımdır. Sinəmə də həmçinin.

- Qısqancsan?

- Əlbəttə. Anamı, dostlarımı, sevgilimi qısqanıram. Bu duyğu insanın yaradılışında var. Kiminsə davranışı xoşuma gəlməsə, reaksiya göstərərəm.

- İlk məhəbbətin kim olub?

- İzmirdə ağac altında ilk dəfə bir qızı öpmüşdüm. Həmin vaxt ona aşiq olmuşdum. Sonra onunla birlikdə 5-6 il sevgi yaşadıq. Adını deməyim, indi ailəlidir. Heç kimi narahat etməyim. Keçmişdə qalan gözəl bir xatirədir.

- Heç eşq acısı yaşamısan?

- Mən heç vaxt nə bir qadın tərəfindən tərk edildim, nə də özüm kimisə yarı yolda qoydum. Həmişə qarşı tərəflə birlikdə qərar vermişik. Amma ayrılıq acısı yaşamışam.

- Sənə görə ən dözülməz qadın necə olur?

- Pinti, yalan danışan və qarşısındakına hörmət qoymayan.

- Bəs hansı qadınları xoşlayırsan?

- Təbii və dürüst olanları.

- Münasibətlərin nə qədər davam edir?

- Uzun müddət. 5 il də ola bilər, 6 il də.