Hakan və Leylinin türkiyəli müğənniyə yazdığı mahnı – audio

Hakan və Leylinin türkiyəli müğənniyə yazdığı mahnı – audio
2002 dəfə oxunub
  • A-
  • A
  • A+
Şairə Leyli İsrafilova və bəstəkar Hakan Erol cütlüyünün türkiyəli ifaçı Çingiz Kurtoğlu üçün yazdığı mahnı “Youtube” kanalına yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, “Kor olsun” adlanan nəğməni müğənni oğlu Orçun Kurtoğlu ilə duet şəklində səsləndirib.

L.İsrafilova Çingizin bəstəyə klip çəkdirəcəyini bildirib:

“Mahnı Çingiz bəyin “Saklı düşlər” (“Gizli röyalar”) albomunda yer alır. Albom bu gün satışa çıxarılıb. “Kral Musik” tərəfindən reklam edilir. Bizim bəstəyə xüsusi önəm verib. Hətta albomdakı ilk klip “Kor olsun”a çəkiləcək”. L.İsrafilova türkiyəli ifaçı ilə daha bir işbirliyi edəcəklərini bildirib: “Bu, bizim ilk işimiz olmayacaq. Hazırda Hakanla birlikdə yeni mahnı üzərində çalışırıq. Onu da Çingiz Kurtoğlu səsləndirəcək. İşbirliyimiz uzun müddət davam edəcək”.