Türkiyəli müğənni Gülbən Ərgən sevgilisi, telejurnalist Ərxan Çelikin ad gününü maraqlı bir foto ilə təbrik edib.
Axşam.az-ın məlumatına görə, onunla əl-ələ çəkilmiş bir şəklini İnstaqram səhifəsində paylaşan sənətçi bu sözləri söyləyib:
“Sən həyatda inamı birinci, hörməti ikinci, sevgini üçüncü sıraya qoyduğun zaman mən, onsuz da, demişdim: Nə yaxşı ki, varsan. Nə yaxşı ki, dünyaya gəlmisən”.