Aktrisa ona xəyanət edən həyat yoldaşını bağışladı

Aktrisa ona xəyanət edən həyat yoldaşını bağışladı
3622 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniyalı aktrisa-model Keti Prays həyat yoldaşı Kieran Hayler tərəfindən aldadıldıqdan sonra bir müddət ayrı yaşasa da, yenidən onunla birlikdə olmaq istədiyini açıqlayıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, xəyanətinə görə Haylerdən intiqam almaq fikrinin olmadığını deyən Keti yeni doğulmuş körpələri ilə birgə xoşbəxt yaşamaq arzusundadır.

Qeyd edək ki,  K.Prays hələ ötən ay ərinin ona rəfiqəsi Ceyn Pauntni ilə xəyanət etdiyi mülkünü satmaq qərarına gəlmişdi. Bu hadisədən sonra aktrisanın həyat yoldaşı barışmağa can atmış və onu dilə tutaraq yenidən birlikdə yaşamağı istəmişdi.

Yaxınlarının xəbərdarlıqlarına məhəl qoymayan Keti Prays Kieranı hələ də çox sevdiyini və onun günahını bağışladığını bildirib.