Anası rəhmətə gedən aparıcı: “Səni alnıaçıq yola saldım”

Anası rəhmətə gedən aparıcı: “Səni alnıaçıq yola saldım”
2477 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Xədicə Sənanqızı anasının vəfatından yazıb.

Axşam.az-ın məlumatına görə, aparıcı onu tək qoymayan dostlarına təşəkkür edib:
 
“Bu ağır günümdə mənə dəstək olan, dərdimi paylaşan bütün dostlarıma, yaxınlarıma minnətdaram. Allah hamınızdan razı olsun. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin, içində də anam. Əziz, mehriban anam, məkanın nurla dolsun. Sən son nəfəsimə qədər mənim ürəyimdə yaşayacaqsan. Sən dünyanın ən gözəl anası oldun. Allahıma şükür, səni alnıaçıq yola saldım. Görüşənədək...”.