Boyun qırışları ilə mübarizənin asan yolu

Boyun qırışları ilə mübarizənin asan yolu
4072 dəfə oxunub
  • A-
  • A
  • A+
Qadınlar düşünür ki, sadəcə, üzə və əllərə diqqət yetirməklə, qocalmanın qarşısını almaq olar.

Halbuki, qocalmanın ilk göstəricisi məhz boyundur. Boyun ən həssas yer olduğu üçün orada əməliyyat aparmaq da olmur. Ona görə də diqqət boyuna:

Axşam.az xarici mətbuata istinadən boyun nahiyəsinə qulluq vasitələri təqdim edir:

Qırışma səbəbləri:

• Yaş artdıqca, kökəlib-arıqladıqca boyunun dərialtına piy artıqları yığılır və qırışarası piy qatları yaranır.

• Başı hündür balışa əyri qoyduqda, boyun qırışır.

• Uzanaraq kitab oxumaq, beli, boyunu və çiyinləri aşağıya doğru əymək dekolteni qırışdırır.

Boyuna xüsusi qulluq:

• Səhər boyunu soyuq su ilə yuyub, nəmləndirici krem çəkin.

• Axşamlar boyunu sabunla yuyub, qidalandırıcı, yağlı krem çəkin.

• Limon şirəsində isladılmış tənzifi yarım saat boynuna qoyub, sonra ilıq su ilə yuyub, qidalandırıcı, yağlı krem çəkin. Sonra yenidən soyuq suda isladılmış tənzifi boynuna qoyub, proseduru bir neçə dəfə təkrarlayın. Beləcə, bir aydan sonra ikinci çənə yox olacaq.