Sənət aləminin birinciləri seçiləcək

Sənət aləminin birinciləri seçiləcək
1144 dəfə oxunub
  • A-
  • A
  • A+
Sayca ikinci “Number One” mükafatlandırma mərasiminin keçiriləcəyi tarix müəyyənləşib.

Axşam.az-ın məlumatına görə, layihə oktyabrın 1-də “MAF Exclusive in Baku” restoranında baş tutacaq. Layihə rəhbəri, teleaparıcı Tural Ozan keçən il olduğu kimi, yenə də tədbirin yüksək səviyyədə ərsəyə gələcəyini bildirib. Azərbaycanda ilk dəfə olaraq açıq havada təşkil ediləcək qala gecəsi, eyni zamanda ən uzun qırmızı xalı ilə də yadda qalacaq. Mərasimdə sənət dünyasının  öndə olan simaları mükafatlandırılacaq.

Qeyd edək ki , bu ilin “Number One” qalibləri həmişə olduğu kimi, onlayn səsvermə və ənənəvi üsulla aparılmış sorğu əsasında müəyyən ediləcək. Layihənin prodüser- meneceri Humay Muxtarovadır.Gecədə iştirak etmək tamaşaçılar üçün sərbəst olacaq.