Anar Nəcəfli efirə qayıdır

Anar Nəcəfli efirə qayıdır
5743 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu yaxın günlərdə televiziyalardan aldığım dəvətlərin birini dəyərləndirəcəm”. 

Axşam.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında tanınmış teleaparıcı, Xəzər-TV-nin keçmiş əməkdaşı Anar Nəcəfli deyib.

O, televiziya tamaşaçılarını çox intizarda saxlamaq fikirində olmadığını bildirib:
 
“Mən özüm də tamaşaçılarım üçün darıxmışam. Onları çox da intizarda qoymayacam”.

“Xəzər-TV-nin rəhbər dəyişikliyi Anar Nəcəflini yenidən “Xəzər-Xəbər”-ə qaytara bilərmi” sualına aparıcının cavabı belə oldu:
 
“İnanmıram. İnşallah yaxın günlərdə açıqlanar”.

Qeyd edək ki, Anar Nəcəfli bir müddət bundan öncə “Xəzər-Xəbər” proqramından istefa verib.