Azərbaycan gözəlini başqasıyla əvəzlədilər - fotolar

Azərbaycan gözəlini başqasıyla əvəzlədilər - fotolar
2764 dəfə oxunub
  • A-
  • A
  • A+

“Miss Globe İnternational” gözəllik müsabiqəsinin Azərbaycan milli seçim turunun qalibi Banu Şücai müsabiqədən uzaqlaşdırılıb.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Şücai bu haqda sosial şəbəkədə məlumat verib:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, bir neçə gün öncə mənə “Miss Globe İnternational” gözəllik müsabiqəsindən uzaqlaşdırıldığım haqda məlumat verildi. Müsabiqənin təşkilatçısı “Z Company” şirkətinin rəhbəri  Zamiq Yunisov səbəb olaraq bildirdi ki, daha öncə "Miss Globe International " gözəllik yarışmasının təşkilatı işləri ilə məşğul olan "Merac Production" şirkəti və Nigar Məmmədova tərəfindən seçilmişəm. Ona görə də müsabiqədə iştirak edə bilmərəm. "Z-Company" şirkəti bu proyekti artıq bir aydan artıqdır öhdəliyinə götürüb. Lakin bu yalançı problem haqda mənə 5 gündür məlumat verilib. Şirkətin icraçı direktoru olan Pərviz Əzimzadə bildirdi ki, mənim yerimə başqa bir xanım seçilib və adı sirr olaraq saxlanılır.

Mən “Miss Globe Azərbaycan" adına 25.05.2014-cü il  tarixində layiq görülmüşəm və "Miss Globe International" gözəllik müsabiqəsinin sahibi olan Rasim Aydın tərəfindən sertifikat ilə təltif olunmuşam. Bu sertifikat "Miss Globe Azərbaycan" titulunun tək sahibinin mən Banu Şücai  olduğumun ən əsas sübutudur”.

Qeyd edək ki, sözügedən yarışma sentyabrın 14-də Bakıda baş tutacaq.