Beyons və Cey Zidən "ayrılmadıq" mesajı - fotolar

Beyons və Cey Zidən "ayrılmadıq" mesajı - fotolar
1189 dəfə oxunub
  • A-
  • A
  • A+
Son vaxtlar ayrılacaqları barədə şayiələr gəzən Beyons və Cey Zi qucaqlaşarkən  obyektivlərə tuş gəliblər.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni və reper Los-Ancelesdə qatıldıqları festivalda çox xoşbəxt görünüblər. “On The Run” dünya turunu gündəmdə saxlamaq üçün boşanacaqları xəbərini yayan cütlük konsert proqramlarının sonlarına yaxın yenə sevgi dolu anlar yaşayıblar.
 
Xatırladaq ki, bu yaxınlarda Beyonsun atası gəzən şayiələrə münasibət bildirərkən qızının bu xəbərləri reklam məqsədilə qəsdən  yaydığını etiraf etmişdi.