“Mən bədbəxt deyiləm”

“Mən bədbəxt deyiləm”
3575 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Engin Altan Düzyatanla “Yeşilçam”ın əfsanəvi siması Hülya Koçiyitin nəvəsi Neslişah Alkoçların evlənməsi böyük səs-küy yaratmışdı.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nikah mərasimi zamanı sosial şəbəkədə aktyorun əvvəlki nişanlısı Özgə Özpirinçiyə  onu dəstəkləyən, ürək-dirək verən çoxlu mesajlar yazılmışdı. Bu isə aktrisanın yazıq, miskin obrazını yaratmışdı.

Bundan qəzəblənən Özgə haqqında deyilən “atılmış” sözü ilə heç də razı olmadığını bildirib:

"Bizim münasibətimiz çoxdan bitib. Artıq ikimizin də həyatında başqa insanlar var. Bu hərəkət həm mənə, həm ona qarşı hörmətsizlikdir. Məni bədbəxt qadın olaraq qələmə vermək istəyirlər. Amma belə deyiləm”.