Türkiyəli müğənni Rəqsanədən yazdı: “Möhtəşəmsən...”

Türkiyəli müğənni Rəqsanədən yazdı: “Möhtəşəmsən...”
3274 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova türkiyəli müğənni Ozan Koçerlə fotolarını İnstaqramda paylaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçilər Moskvada toy məclislərinin birində qarşılaşıblar. R.İsmayılova ifasını çox bəyəndiyini dediyi Ozanla işbirliyi quracağını bildirib:

“Ozanla bərabər məclisdə olduq. Türkiyəli sənətçi dostumuzun gözəl mahnıları var. Halal olsun sənə, Ozan. İnşallah, səninlə bərabər işlər görəcəyik. Səni çox sevdim, əlasan, mahnıların da gözəldir. Bir nömrəsən”.

O.Koçer isə müğənniyə “Sizi tanmağıma çox şad oldum. Möhtəşəmsiniz... Azərbaycanın möhtəşəm səsi Rəqsanə”, deyə cavab verib.