Bacılara telekanal rəhbərliyindən hədiyyə - fotolar+video

Bacılara telekanal rəhbərliyindən hədiyyə -  fotolar+video
5763 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Sevinc və Sevil bacıları “Ürəyim” adlı mahnıya çəkdirdikləri klipə təqdimat keçiriblər.

Axşam.az-ın məlumatına görə, sözləri və musiqisi Tural Bayraməliyevə aid olan bəstənin ekran həlli rejissor Nazim Şərbətova həvalə edilib. Klipdə əkiz bacılar müğənni Rəqsanə İsmayılova və qızı Aysun İsmayılovanın hazırladığı libaslardan istifadə ediblər. Ekran işini Sevil və Sevincə “Xəzər” telekanalının rəhbərliyi hədiyyə edib.

“Aparıcılıq etdiyimiz “Hər şey daxil” verilişi reytinqlərdə birinci olduğu üçün televiziyanın rəhbərliyi bunu bizə hədiyyə etdi. Heç bir xərcimiz çıxmayıb” deyən bacılar klipin seviləcəyinə əmindirlər.

Qeyd edək ki, təqdimat mərasimində müğənnilər - Nadir Qafarzadə, Ramal İsrafilov, Gülay Zeynallı, Hacı Nazim, Samira Allahverdi və başqaları iştirak ediblər.

Foto: Ruslan ƏSƏDOV