Afişada Azərbaycanın adını səhv yazdılar - foto

Afişada Azərbaycanın adını səhv yazdılar - foto
2331 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 12-dən 28-dək Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Hindistan Sərgisi keçiriləcək.

Axşam.az-ın “üç nöqtə”-yə istinadən məlumatına görə, bununla bağlı elanlara internetdə və şəhərin bütün nöqtələrində rast gəlinir. Bu qədər geniş reklam olunan sərginin afişalarında isə Azərbaycan sözü «Azəraycan» olaraq yazılıb.

Sayt reklam plakatlarının üzərindəki nömrə ilə əlaqə saxlayıb.

Özünü təqdim etməyən Hindistan vətəndaşı bu haqda məlumatlı olmadığını bildirdi:
 
“Biz Hindistandan gəlib burada sərgini təşkil edirik. Reklam işlərini isə azərbaycanlı reklamçılara həvalə etmişik və bütün reklamlar Bakıda hazırlanıb. Əgər elə bir yanlışlıq varsa, biz onu qısa zamanda həll etməyə çalışacağıq. Biz reklamları hazırlayan şirkətlə danışıb bu haqda yenidən məlumat verəcəyik”.