“Heç vaxt saçlarımı rəngləmərəm”

“Heç vaxt saçlarımı rəngləmərəm”
1281 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Azad Şabanov baxımlı kişilərdən danışıb.

Axşam.az-ın məlumatına görə, “Bizim gün” verilişinin qonağı olan ifaçı çox baxımlı olmağın kişiyə yaraşmadığını deyib:
 
“Bəy baxımlı olmalıdır. Amma müəyyən həddi aşmamaq şərtiylə. Kişinin dırnaqlarının, geyiminin təmizliyinə və səliqəsinə baxmağı kifayətdir. Evdən çıxanda güzgüyə baxıram, şalvarım, köynəyimin səliqəsi yerindədirsə bu bəs edir. Kişilər var ki, baxımlı olmanın ağını çıxarırlar. Yaşlandıqca bədən quruluşunu formaya salmaq üçün kişilər rahat üsula- plastik əməliyyatlara əl atırlar. Halbuki, bunu idmanla məşğul olaraq da etmək mümkündür. Gələcəkdə saçlarım ağarsa belə onları digərləri kimi rəngləmərəm. Məncə bu düzgün deyil”.