Əfsanəvi üçlük bir arada: Bred Pit, Di Kaprio, De Niro

Əfsanəvi üçlük bir arada: Bred Pit, Di Kaprio, De Niro
1059 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun üç məşhur ulduzu - Brad Pit, Di Kaprio, De Niro eyni çəkiliş meydançasında bir araya gəlib.
 
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, yenicə evlənən Bred Pit artıq iş başına qayıdıb. O, Skorsezenin çəkdiyi qısa filmdə oynayacaq. Kazino həyatını canlandıran film Nyu-Yorkda lentə alınır.

Qısa filmin təxmini təqdimat tarixi 2016-cı ildir. Aktyorla bərabər filmdə Leonardo Di Kaprio və Robert De Niro da rol alacaq. Xatırladaq ki, Bred Pit eyni zamanda həyat yoldaşı ilə birlikdə “Dəniz sahilində” filminin baş rollarını canlandıracaq. Bir neçə açıq səhnənin yer alacağı filmin çəkilişləri Maltada başlamaq üzərədir.

Cütlük çəkiliş məkanının yaxınlığında yaşayan insanları pul qarşılığında istirahətə göndərərək adanı tamamən boşaltmağa hazırlaşır.