“Fikirləşmək məni yordu” - Abbas

“Fikirləşmək məni yordu” - Abbas
1057 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Abbas Bağırov mobila ilə gəzintiyə çıxıb.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən müğənni onun avtomobildən daha rahat olduğunu bildirib:
 
“Mobila ilə hər yerə gedə bilərsən. Ayaqlar yorulmur, bel düz qalır. Yanacaq yoxdur, yağ yemir. Harasısa sınırsa, xırda ödənişlə düzəltdirə bilirsən. Tıxacda qalmırsan. Çox rahatdır”.

A.Bağırov telefonla çəkdiyi yeni klipindən də bəhs edib:

“Telefonla “Yaxşı ki varsan” mahnımı ekranlaşdırdım. Çox düşündüm ki, bəstəyə harada, kim klip çəksin? Fikirləşmək məni yordu. Dedim, ən yaxşısı, özüm telefonla sınayım. Pis də alınmadı. Məndən sonra kimin bacarığı varsa, bunu edəcək. Deyə bilmərəm ki, kimsə təkrarlamasın. Bu, gülməli alınar. Şou-biznesdə istedadlı müğənnilərimiz çoxdur”.