Qənirə Paşayevadan maraqlı hekayə

Qənirə Paşayevadan maraqlı hekayə
2611 dəfə oxunub
  • A-
  • A
  • A+
Millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə maraqlı bir hekayə paylaşıb.

Axşam.az-ın məlumatına görə, mövzusu özünəgüvən olan hekayədə Q.Paşayeva bu hissin insanın uğurlar qazanmasında oynadığı rolundan bəhs edib:

“Bir insanda özünəinam  hissini oyada bilməklə onun bütün həyatını dəyişə bilərsiniz! Onda özünəgüvəni öldürməklə isə bütün həyatını həyat olmaqdan çıxararsınız! Buna hər zaman diqqət etməliyik. Çünki hər bir insanın uğur qazanmasında özgüvən hissi ən önəmli məsələdir”.

Millət vəkilinin paylaşdığı həmin hekayəni təqdim edirik:

“Fransız mənşəli Lilian kanadalı gənc bir qadın idi. 16 yaşında ikən atası onun kifayət qədər təhsil almış olduğu qərarına gəldi, ailə gəlirinə öz töhfəsini verməsi üçün onu məktəbdən çıxarıb, işləməsini istədi. Lakin məhdud bilgisi və bacarıqları Lilianın özünə güvənini azaldırdı, o, nə iş görəcəyini bilmirdi. Lilian iş tapmaq ümidləri zəif olduğu halda, hər gün avtobusa minib böyük şəhərlərə gedir, amma bir “köməkçi axtarılır” elanına belə cavab vermək cəsarətini özündə tapa bilmirdi. Hər gün şəhərə yollanır, boş-boş dolaşır və gün batanda evə dönürdü... Günlər keçərkən Lilian şəhərə gedib-gəlməyə, atası iş tapıb-tapmadığını soruşmağa davam edirdi. Suallar gedərək daha israrlı olurdu və Lilian yaxın zamanda bir qapını döy-mək məcburiyyətində qalacağını bilirdi. Günlərin birində Lilian Detroytun mərkəzindəki “Carhatt Overall” şirkətində bir elan gördü. “İşçi axtarılır. Katibəlik üçün içəri müraciət edin” yazılırdı. Lilian bir neçə mərtəbə qalxdı. Önünə çıxan ilk qapını təmkinli şəkildə döydü. Qpını büronun idarəçisi Marqaret Kostello açdı. Lilian zəif ingilis dilində katibəlik işi üçün gəldiyini dedi və 19 yaşında olduğu yalanını söylədi. Marqaret buna inamasa da, bu qıza bir şans vermək istədi. Lilianı şirkətin çalışma bürosuna götürdü. Sıra-sıra insanların yazı makinalarının önündə oturduqları büroya girən Lilian sanki yüz cüt göz ona dikilibmiş kimi gərgin oldu... Başını önə əyib gözlərini yerdən qaldırmadan Marqareti izləyərək otağın arxa tərəfinə doğru irəlilədi. Marqaret onu bir makinanın qarşısında oturdub, “Yaxşı, Lilian, nə qədər bacarıqlı olduğuna bir baxaq” dedi. Liliana bir məktub yazması təlimatını verib otaqdan çıxdı. O, saata baxdı və 11:40 olduğunu gördü. Günorta hər kəs yeməyə gedəndə qələbəliyə qarışıb qaça biləcəyini düşündü... Amma heç olmasa, məktubu yazmağa səy göstərməyin lazımlılığını dərk edirdi. İlk cəhdində bir sətir yazdı. Yazdığı beş sözdə dörd xəta vardı. Kağızı çıxarıb atdı. İndi saat 11:45-di. Öz-özünə “günorta qələbəliyə qarışıb bayıra çıxacağam və heç kim məni bir daha görməyəcək” – dedi. İkinci cəhdində bütöv bir paraqrafı yazmağı bacardı... Amma yenə çox səhv buraxmışdı. Kağızı çıxarıb atdı və yenidən  başladı. Bu dəfə məktubu tamamladı, amma yazdıqlarında hələ də bir sıra yanlışlıqlar vardı. Saata baxdı: 11:55... Azadlığa qovuşmasına beş dəqiqə qalmışdı. Bu vaxt Marqaret içəri girdi və bir əlini masaya, digərini qızın çiyninə qoydu. Məktubu oxudu və bir az dayandı. Sonra “yaxşı iş görürsən, Lilian” dedi. Lilian çaşqınlıq içindəydi. Öncə məktuba, sonra Marqaretə baxdı. Ürəkləndirici sözləri eşidəndə qaçma istəyi yox olmuş və özünə güvəni artmağa başlamışdı. Öz-özünə “O yaxşı olduğunu düşünürsə, belə olmalıdır. Hesab edirəm ki, qalacağam” dedi. Lilian “Carhatt”da qaldı. Həm də 51 il boyunca... Lilian, orada iki dünya müharibəsi, bir böhran, on bir dövlət başçısı və altı nazir gördü. Bütün bunların səbəbi bir insanın - özünə əmin olmayan utancaq bir gənc qızın qapını döyəndə ona özünə güvən ərmağınını verəcək qədər xoşniyyətli olması idi.
P.S. Məqsədə doğru səfərinizdə unutmayın ki, haradasa bir qapı sizi gözləyir... Döyüncə yeni imkanlar görəcəksiniz. Demək, özünüzə güvənin. İlk çətinlikdən qorxub qaçmaq hissinizi boğun... Gerisi yaxşı olacaq!..”.