Paparatsilərdən qaçanda qəzaya düşdü

Paparatsilərdən qaçanda qəzaya düşdü
1861 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda ingiltərəli futbolçu Devid Bekhem qolu sarğılı halda Los-Anceles hava limanında görüntülənib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, dünya şöhrətli futbolçu ötən həftə paparatsilərdən qaçarkən döngədə idarəetməni itirərək motosikletini aşırıb. O, yüngül zədə ilə həyatını qurtarıb.

Qeyd edək ki, Bekhem daha əvvəl də paparatsilərlə bağlı xoşagəlməz hallar yaşayıb. Bir ay öncə Devidi izləmək üçün yol hərəkəti qaydalarını pozan jurnalistlərə qəzəblənən futbolçu avtomobilindən enərək öz fikirlərini sərt şəkildə onlara  bildirib.