Röya qara siyahıdakı izləyicilərindən danışdı – video

Röya qara siyahıdakı izləyicilərindən danışdı – video
2522 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxan İnstaqram hesabından danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi hər gün min izləyicisini qara siyahıya saldığını etiraf edib:

“Mənim həyatım başdan ayağa selfidir. Bir dəfə şəkil çəkdirmişəm, İnstaqramda paylaşmışam, orada dava gedirdi. 41 min izləyicim var. Gün ərzində min nəfəri “blok” edirəm. Fikirlərini yazırlar, bu normaldır. Amma görəndə ki, sevənlərimlə dava edirlər, onları qara siyahıya salıram. Mən, onsuz da, öz işimdəyəm. Kim yaxşı söz deyir, pis danışır, mənə fərq etməz. Elə ədəbsiz söz yazırlar ki, onu oxumaq çox əcaibdir. Məni başqa yerdən də dostlarım izləyir. Eləsi var ki, girib yazılara baxmaq onun hobbisidir. Ayıbdır, axı”.