Ancelina Coli Suriyada müharibənin dayandırılmasını istədi

Ancelina Coli Suriyada müharibənin dayandırılmasını istədi
1663 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktyoru Bred Pittin həyat yoldaşı aktrisa və BMT-nin xoşməramlı səfiri Ancelina Coli Suriyada hərbi münaqişənin dayandırılmasını istəyib və dünya ictimaiyyətinin diqqətini qaçqınların vəziyyətinə yönəldib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cümə günü BMT qaçqınların sayının 3 milyonu keçməsini açıqladıqdan sonra Ancelina Coli belə bir bəyanatla çıxış edib:

 “Üç milyon qaçqın, bu heç də az deyil. Suriyada müharibə dayandırlılmladır. Ölkədə stabillik olmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoyulmur, hər gün hərbi müdaxilələr olur, yaxın dövlətlər oraya insanlıarın axınından əziyyət çəkir, Suriya qaçqınları Avropaya getmək cəhdi edərkən yollarda həlak olurlar. Biz bu münaqişəni həll etməliyik və 13 milyon suriyalı bunun üçün səy göstərməlidirlər”.

Xatırladaq ki, Suriyada böhran 2011-ci ilin martında başlayıb və vəziyyətin yaxşılaşmasının heç bir əlaməti müşahidə olunmur. O vaxtdan 191 mindən çox insan həlak olub.