Təhsil almağa getdiyi ölkədən model kimi dönəcək

Təhsil almağa getdiyi ölkədən model kimi dönəcək
3737 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni və aktyor Yavuz Bingölün qızı Sinəm Türkü psixologiya üzrə təhsil almaq üçün getdiyi Amerikada modellik edir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinəm artıq professional biri kimi podiuma çıxır. Sənətçinin qızı, eyni zamanda fotomodellik edir. O, hətta ABŞ-da bəzi geyim brendləri üçün fotokameralar önünə də keçib.

Qeyd edək ki, uşaq psixologiyası üzrə təhsil alan S.Türkü bu ilin sonunda universiteti qurtararaq birdəfəlik Türkiyəyə qayıdacaq. Yavuz Bingöl açdığı sənət məktəbində qızı ilə birlikdə çalışacağını deyib.