Türkiyəli aktyor Heydər Əliyevin qayınatası rolunu canlandıracaq

Türkiyəli aktyor Heydər Əliyevin qayınatası rolunu canlandıracaq
5788 dəfə oxunub
  • A-
  • A
  • A+

"Türkiyənin "Kaybolan Yıllar", "Araf Zamanı", "Serçe" və "Aynalı Tahir" kimi reytinqli seriallarında rollar alan uğurlu və sevilən aktyor Saruhan Hünel Azərbaycandadır. Bu, Azərbaycan filminə dəvət alan aktyorun ölkəmizlə ikinci yaradıclıq işidir.

“Oğurlanmış arzular” filminin izləyiciləri Saruhan Hüneli, çox güman ki, sevərək xatırlayırlar. Bir müddət əvvəl kino və seriallara ara verib ayaqqabı biznesində özünü sınayan Saruhan, bir il orada da uğurlu iş nümayiş etdirdikdən sonra yaradıcılığa qayıtmağı qərara aldı. Türkiyədə də çox yaxın vaxtlarda kino və serial layihələrinə geri dönəcəyini vəd edən Hünel, göründüyü kimi, vədinə əməl etdi. O qayıdışın içində Azərbaycanla da bağlı müjdələr var.

 Məşhur aktyorla ölkəmizə ikinci yaradıcılıq səfəri ilə bağlı qısa söhbətimiz olduş Axşam.az Aktual.az-a istinadən müsahibəni oxucularına təqdim edir:

 - Saruhan bəy, doğrudur, Azərbaycanda geniş kütlə Sizi “Oğurlanmış arzular” serialı ilə tanıdı. Lakin daha öncədən Sizi ölkəmizdə “Kaybolan yıllar” dizisi ilə tanımışdıq. Bildiyim qədər, bu serial sizi Mərkəzi Asiyada məşhurlaşdırıb. “Kaybolan yıllar”ın həyatınıza başqa hansı müsbət təsirləri oldu?

- Dediklərinizin fərqindəyəm. “Kaybolan yıllar”, doğrudan da, mənim üçün çox özəl bir film layihəsi idi. Aktyor olaraq, ölkəmdə tanınır və sevilirdim. Dolayısı ilə, filmin həyatımda o baxımdan böyük bir təsir qüvvəsi olmadı. Lakin, sizin də qeyd etdiyiniz kimi, sevilən serial olduğu üçün bütün Ərəbistan yarımadasında, Balkanlarda və Türkiyə Cümhuriyyətində geniş ajiortaj yaratdı. Bu layihə mənim meqa-məşhurluğuma vəsilə oldu. Təbii ki, yaradıcı adam üçün bundan gözəl nə ola bilər axı? Geniş heyranlar  ordusu ilə tanış olmaq şansı qazandım.

- Demək ki, sadaladığınız ölkələrdə, kifayət qədər sevilirsiniz və tanınırsınız. Bu, Sizin ölkə xaricində kino layihəsi üçün iştirakınıza zəmin yaradır. Artıq zamanı gəlmədimi?

- Zamanı gəldi. Və biz o qərara məmnunluqla “hə” dedik. Qismətdən artığını yaşamaq insan övladının əlində deyil. Mərkəzi Asiyada bir filmə start verməyə hazırlaşırdıq. Müharibədən mən də nəsibimi aldım. Savaş başladığı üçün layihəmiz yarımçıq qaldı. Məni sevənlər, hazırda Türkiyədə də maraqla qarşılanan “Araf zamanı” adlı serialı izləməklə kifayətlənirlər. Sözügedən serial Dubayın “MBC4” kanalında yayımlanır.

- Türkiyədə “maço erkek” xarakterləri sırasındasınız. Tərzinizdən kənar bir rola təklif aldınızmı? Və ya elə bir təklif alsaydınız, necə reaksiya verərdiniz?

- Düşünürəm ki, sevənlərim məni həmişə güclü və Sizin qeyd etdiyiniz kimi, “maço” xarakterimlə sevdilər. Yox, başqa tip obrazlara, qətiyyən, təklif almadım. Bilmirəm, oynayarammı? Elə bir təklif gəlsə, yəqin ki, dəyərləndirməyə çalışaram.

 - Azərbaycandakı film layihənizlə bağlı bizə məlumat verin. Bu dəfə, kim olaraq, yerli telekanalımızda görünəcəksiniz?

- Rejissor və “Space” kanalının prezidenti Vaqif Musatafayevin dəvəti ilə gəlmişəm. Azərbaycanın ulu öndəri Heydər Əliyevlə bağlı filmə çəkilirəm. Bu filmdə sayın Heydər Əliyevin qayınatası Əziz Əliyevin obrazını canlandırıram. Geniş informasiya verə bilməyəcəyəm. Amma, düşünürəm ki, maraqlı bir iş olacaq.

 - Çox danışmağı, göz önündə olmağı sevmirsiniz. Halbuki geniş auditoriya üçün çalışırsınız. Hətta, tətil üçün də xarici ölkələri seçirsiniz…

 - Mediatik olmağı və şəxsi həyatımı göz önündə yaşamağı sevmirəm. Daha gizli və özəl yaşamağı sevirəm. Xarici ölkələrdə özümü daha rahat və azad hiss edirəm. Ölkəmdə olduğum zaman da maqazinçilərin olmadığı, əllərində fotoaparat tutan müxbirlərin sıraya düzülmədiyi məkanlara getməyə üstünlük verirəm. Bu, xarakter məsələsidir.

- Son zamanlar bütün dünya ulduzları sosial mediadan çağırış edir, heyranları ilə görüşür. Sizin xarakteriniz sosial şəbəkəyə meyil etməyinizə mane olurmu? Vurtual aləmlə aranız necədir?

- “Twitter” və “İnstagram” sevənlərimlə rabitədə olmağımıza xidmət edir. Lakin burada da geniş aktivlik nümayiş etdirmirəm. Etiraf edə bilərəm. Vaxtım olanda cavab yazıram. Azərbaycanlı sevənlərimə isə sosial şəbəkələrdən yox, elə sayt vasitəsi ilə sevgilərimi çatdırıram.