Leyla Əliyeva britaniyalı rejissorlarla birlikdə film çəkəcək

Leyla Əliyeva britaniyalı rejissorlarla birlikdə film çəkəcək
1676 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyanın "PeaPie Films" kino şirkəti Məhəmməd Əsəd bəyin (Qurban Səid) "Əli və Nino" əsərini ekranlaşdıracaq.


Axşam.az buro247.az-a istinadən xəbər verir ki, müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin çəkilişləri gələn il Azərbaycanda başlayacaq.

Ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır. Azərbaycanlı Əlixan Şirvanşirin rolunu isə aktyor Adam Bakri canlandıracaq. Onun sonuncu işi olan "Ömər" filmi "Ən yaxşı xarici film" nominasiyasında bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

Qeyd edək ki, filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.