Nadir boğulma təhlükəsi ilə üz-üzə qaldı - video

Nadir boğulma təhlükəsi ilə üz-üzə qaldı - video
3428 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Piknik” verilişi yeni buraxılışı ilə yenə diqqət çəkəcək.

Axşam.az-ın məlumatına görə, proqramın budəfəki qonağı müğənni Nadir Qafarzadə olub. Verilişdə ən maraqlı məqamlardan biri N.Qafarzadənin sirrinin açılması zamanı yaşanıb. Belə ki, aparıcılar Kəmalə Piriyeva ilə İslam Mehrəliyev müğənnini hovuza itələyib. Nadir boğulma təhlükəsi ilə üz-üzə qalıb. O, cangüdənlərin köməyi ilə sudan çıxarılıb və üzə bilmədiyini etiraf edib.

Proqramın rejissoru Aynurə Tahirqızı N.Qafarzadənin üzə bilmədiyindən xəbərsiz olduqlarını və buna görə onu suya atdıqlarını deyib.

Qeyd edək ki, verilişə hər həftənin şənbə günü saat 16:00-da baxa bilərsiniz. Proqramın rejissoru və layihə rəhbəri Aynurə Tahirqızı, operatoru Əli Hüseynov, Tural Əhmədov, montajçısı Əhməd Heybətov, prodüseri Gülnarə Rəsul, baş redaktoru Tünzalə Məlikovadır.