Bred Pittin keçmiş həyat yoldaşı hamilədir?

Bred Pittin keçmiş həyat yoldaşı hamilədir?
2067 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktrisası Cennifer Eniston qatıldığı film premyerası zamanı görünüşü ilə hər kəsi təəccübləndirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ulduzun qarnının olması onun hamiləliyi ilə bağlı fikirlərin yaranmasına gətirib çıxarıb.

45 yaşlı aktrisa bu yaxınlarda verdiyi müsahibədə tez-tez belə suallarla üz-üzə qaldığını bildirmişdi:

“Hər həftə hamilə olduğumu yazırlar. Mən özümü seçilmiş qadın kimi hiss etməyə davam edəcəyəm. Çünki uşaq dünyaya gətirməməyim bir qadın kimi dəyərimi azaltmır”.

Ulduzun suala belə münasibət bildirməsindən ehtiyatlanan jurnalistlər bu dəfə bu haqda ondan yenidən soruşmağa risk etməyiblər. Amma aktrisanın  “Saint Laurent” brendindən olan gümüşü libasından hamilə olduğu görünüb.

Xatırladaq ki, Bred Pittin keçmiş həyat yoldaşı Cennifer Eniston hazırda həmkarı Castin Teru ilə sevgilidir. Cütlük 2012-ci ildə nişanlansa da, 2 ildir, toy etmək üçün tələsmir.