Culiya Robertsin gözəllik sirləri – müsahibə+fotolar

Culiya Robertsin gözəllik sirləri – müsahibə+fotolar
1681 dəfə oxunub
  • A-
  • A
  • A+
 Amerikanın “İnStyle” jurnalı üçün fotokameralar önünə keçən dünya şöhrətli aktrisa Culiya Roberts eyni zamanda dərgiyə müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, aktrisa gözəllik sirlərindən danışıb. Həmin müsahibəni təqdim edirik.

- Olduqca diqqəti cəlb edən xanımsınız. Bunun üçün nə edirsiniz?

- Məktəb illərimdən cəlbedici və gözəl olmağımla heç maraqlanmadım. Belə bir şey olsaydı, karyeramda istədiyim nöqtəyə gəlib çıxa bilməzdim. Üzüm o qədər də gözəl deyil, amma bu, mənim xoşuma gəlir.

- Gözəllik sirləriniz nədir, bəs?

- Makiyaj ustam Kevin Aukoindən çox şey öyrənmişəm. Hər zaman kirpiklərimə tuj sürürəm. Saçlarıma xüsusi qulluq edəndə istədiyim şəklə düşmür, amma fikir verməyəndə hər zaman arzuladığım kimi qalır.

- Əgər çölə çıxmaq üçün 2 dəqiqəniz olsa, necə hazırlaşarsınız?

- Dişlərimi fırçalayar, nəmləndirici krem sürtər və günəş eynəyimi taxıb yola düşərəm.

- Gözəl gülüşünüzün səbəbi kimi dişləriniz göstərilir. Onlara necə qulluq edirsiniz?

- Dişlərimi soda ilə yuyuram. Bunu babamdan öyrənmişəm.

- İdmana nə qədər vaxt ayırırsınız?

- Həftənin beş günü 90 dəqiqə.

- Pəhriz saxlayırsınız?

- Evimə yeni aşpaz gətirmişəm. Bişirdiyi hər yeməkdən yeyirəm və belə özümü daha yaxşı hiss edirəm.