Üz dərinizə uyğun tonal krem seçin

Üz dərinizə uyğun tonal krem seçin
3016 dəfə oxunub
  • A-
  • A
  • A+
Üz dərisi hər kəsdə fərqli olur. Ona görə də istifadə olunan tonal kremlər də fərqli olmalıdır. Makiyajın dəridə daha qalıcı, təbii və gözəl görünməsi üçün ona uyğun tonal krem seçin.

Axşam.az nə cür dəriyə hansı kremin uyğun olduğunu təqdim edir:

Yağlı dəriniz varsa kirşanlı tonal krem istifadə edin. Beləcə, dərinizin daha da parıldamasının qarşısını ala bilərsiniz.

Quru dəriyə sahib olanlar duru tonal kremlərə müraciət etməlidir. Çünki digər növ tonal kremlər sizin dərinizdə quruyub toz halında axa bilər.

Əgər dərinizin yağlılığı normal dərəcədədirsə, krem halındakı tonal kremləri məsləhət görürük. Həm dəriyə çəkilməsi asandır, həm də üzünüzdə heç bir iz qoymayacaq.

Orta yaşlı xanımlara köpüklü tonal kremlər tövsiyyə olunur. Bu növ kremlər ən xırda qüsurları belə ortadan qaldırmaq üçün nəzərdə tutulub.

Unutmayın ki, sadəcə tonal kremdən istifadə edərək ideal nəticə ala bilməzsiniz. Tonal kremdən sonra mütləq kirşandan istifadə etməlisiniz.