ATV-nin aparıcısı ilə Elza barışdı - fotolar

ATV-nin aparıcısı ilə Elza barışdı -  fotolar
5152 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan və aparıcı Günay Firudinqızı “Azərbaycanın səsi” verilişinin canlı efirində barışıblat.

Axşam.az-ın məlumatına görə, ötən buraxılışların birində onu “əməkdar artist” deyə təqdim etməyən Günaydan inciyən və ona sərt sözlər deyən müğənni barışıq addımını özü atıb:

“Harada məni bəyənmirlərsə, oradan ayağımın tozu ilə gedirəm. Məni Elza edən bizim jurnalistlərimiz, aparıcılarımızdır. Tamaşaçılar, məni sevənlər də ötəndəfəki hadisədən narahatdırlar. Ona görə istəyirəm, barışaq. Hamı bilsin ki, heç bir narahatlıq yoxdur”.

G.Firudinqızı isə bunları deyib:

“Siz bəyənilməsəydiniz, münsif kürsüsündə oturmazdınız. Burada çoxları əyləşmək istəyib. Amma seçilən siz olmusunuz”.

Qeyd edək ki, E.Seyidcahan efirdə aparıcının ünvanına bu iradları söyləmişdi:

"Sən Günay xanımsansa, mən də Elza Seyidcahan - əməkdar artistəm. Mənə bu adı dövlət verib. Məni o cür təqdim edin. “Elza” deyəndə məni qaldırıb, özünü salırsan. Siz bizə ad-soyadla müraciət etməyin. Bizdən tərbiyə alanlar səhvlərə yol verməsinlər. Kobudluq eləmirəm, Günay sənətimi dəyərləndirən biri olub. Ad xəstəsi də deyiləm. Tamaşaçılar  baxır. O boyda Nərgiz Cəlilova insanları qazandığı adla çağırır".

Günay isə ona cavab olaraq "Qəribədir, siz hər dəfə yarışma başlayanda belə edirsiniz. 14-15 ildir bu sahədəyəm, təcrübəm var. Bu vaxta qədər hər zaman verilişlərimdə sizə “Elza” və “Elza Seyidcahan” deyə müraciət etmişəm. Etiraz bildirməmisiniz. İndi bunu şou xatirinə edirsiniz. Sizin bu hərəkətinizi mənfi qiymətləndirirəm"  deyərək onun mikrafonunun söndürülməsini istəmişdi.