Ramiz Əzizbəyli danışa bilmir

Ramiz Əzizbəyli danışa bilmir
2780 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin səhhətindən xəbər var.
 
Axşam.az-ın məlumatına görə, lent.az-a açıqlama verən R.Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli bildirib ki, xalq artistinin ev şəraitində müalicəsi mümkünsüzdür:

“Hazırda Ramiz bəyin səhhəti normaldır. Evdədir. Həkimlər evə gəlmirlər, elə xəstəxanaya aparıb, gətiririk. Danışa bilmir. Danışanda da fikrini ifadə eləyə bilmədiyinə görə əsəbləşir. Ona görə də danışmağa qoymuruq. Evdə bizim nəzarətimizdədir. Xəstəxanaya pul vermirik, yalnız dərmanlara pulumuz çıxır. Xərcləri özümüz ödəyirik. Buna görə kiməsə ağız açmayacağıq”.
 
Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi.

Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdir aktyor evə buraxılıb.