“Azad ruhlu insanam”

“Azad ruhlu insanam”
12840 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevinc Musayeva “Bizim gün” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı sosial şəbəkələrdə çox vaxt keçirmədiyini bildirib:

“Sosial şəbəkələrdə qeydiyyatda olsam da, orada mənə ünvanlanmış bütün suallara, şərhlərə cavab vermirəm. İnsanlar nə gəldi yazırlar. Hətta müğənnilər tanıyıram ki, başqa adla profil açıb, pis fikirlər bildirirlər. Onlara cavab vermirəm, sadəcə silib qara siyahıya salıram. Çox vaxt məni qınayırlar ki, geyimlərindən yazmırsan, bazardan paltar alırsan. Demək istəyirəm ki, mən heç vaxt yediyim yeməyin, geyindiyim brendin adını yazmayacam. Azad ruhlu insanam. Kütlə dalınca getmirəm. Kütləni öz arxamca aparacam”.