Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq
952 dəfə oxunub
  • A-
  • A
  • A+
Avqustun 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 23-27, gündüz 34-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.