Nazpəri Dostəliyeva İlhamə Quliyeva ilə bağlı faktlar açıqlayacaq

Nazpəri Dostəliyeva İlhamə Quliyeva ilə bağlı faktlar açıqlayacaq
2024 dəfə oxunub
  • A-
  • A
  • A+

“Sentyabrdan etibarən yeni layihələrimin təqdimatına başlayacam”.

Axşam.az xəbər verir ki, bunu AzNews.az-a xalq artisti Nazpəri Dostəliyeva deyib. Qardaşının vəfatından sonra səhnədən ayrı düşən sənətkar, növbəti aydan etibarən yaradıcılığa davam edəcəyini bildirib:

“Yeni mahnılar yazdırdım. Konsert layihəm də var. Mən özüm üçün yaşamıram. Məndən nə tələb olunursa, hamısını tamaşaçılarıma verəcəm. Mən tamaşaçılarımın mesajlarını oxuyuram, görürəm ki, onlar mənim üçün necə darıxıblar. Sentyabrın 1-dən artıq iş başında olacam. Yarımçıq qalan işlərim hamısı tamamlanacaq”.

N.Dostəliyeva xalq artisti İlhamə Quliyeva ilə arasında gedən məhkəmə çəkişməsi barədə də danışıb. O bildirib ki, Ali Məhkəmənin qərarı hələ son deyil:

“Hələ bir instansiya da var. Sonda hər şey açıqlanacaq. İlhaməylə bağlı hər şey bilinəcək. Mən də sizə bunlarla bağlı elə açıqlamalar, elə faktlar verəcəm ki...”