Natavanla klipmeykerin məhkəməsində yeni iddia: “Zorik yazdığını dandı”

Natavanla klipmeykerin məhkəməsində yeni iddia: “Zorik yazdığını dandı”
2464 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Natavan Həbibinin klipmeyker Zöhrab Ağayevə qarşı şərəf və ləyaqətin təhqir olunması, işgüzar nüfuza xələl gətirilməsi iddiası əsasında məhkəmə prosesinin ötən gün baş tutması ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, sənətçinin prodüseri Roland Bayramov Zorikin məhkəmədə sosial şəbəkədə yazdıqlarını dandığını deyib:

“Səbail Rayon Məhkəməsində cavabdeh Zorikə ( Zöhrab Ağayev) qarşı şərəf və ləyaqətin, işguzar nüfuzun müdafiəsinə dair iddia ərizəsinə baxılıb. Zorik məhkəmədə bildirib ki, “zorik_official_page” adlı İnstaqram səhifəsi ona məxsus deyil. Həmin profildə o, Natavan Həbibini təhqir edən heç bir yazı yazmadığını deyib. O, səhifəyə aidiyyəti olmadığını bildirib”.