Xəstə olan aktrisa: "Nazirlikdən zəng etdilər, maraqlandılar"

Xəstə olan aktrisa: "Nazirlikdən zəng etdilər, maraqlandılar"
2376 dəfə oxunub
  • A-
  • A
  • A+
“Mən heç kimə müraciət etməyəcəm ki, kömək edin. Çünki hansı vəziyyətdə olduğumu bilməyən adam yoxdur. Lazım olsa, yardım edərlər”.
 
Axşam.az-ın məlumatına görə, bu sözləri Lent.az-a ağır xəstəlikdən əziyyət çəkən əməkdar artist, Musiqili Teatrının aktrisası Gülnar Salmanova deyib. O, bildirib ki, səhhəti hələ stabildir:

“Müalicələri davam etdirirəm. Həftədə iki dəfə Fuad Əfəndiyev adına 4 saylı şəhər klinikasında müayinə olunuram. Həkimim Rüstəm Verdiyev və Nigar xanımın nəzarətindəyəm. Yaxşı olacağım barədə nəsə deyə bilmərəm. Ümid edirəm ki, Allahın köməkliyi ilə yaxşı olaram".
 
Əməkdar artist da əlavə edib ki, səhhəti ilə əlaqədar ona Səhiyyə Nazirliyindən zəng ediblər: “Çox sağ olsunlar, zəng elədilər, mənlə maraqlandılar. Dövlət Musiqili Teatrında fəaliyyət göstərən həmkarlarım digər yerlərə də müraciət ediblər. Hələ də gözləyirəm. Görək kömək edən olacaqmı?!”. 
 
Qeyd edək ki, G.Salmanova 2006-ci ildən şəkər xəstəliyindən əziyyət çəkir.