"Dənizə baxanda sakitləşirəm" - Ayan

"Dənizə baxanda sakitləşirəm" - Ayan
2137 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva dəniz fotosessiyası üçün kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, “Qafqazinfo”nun kamerasına bir-birindən fərqli pozalar verən ifaçı dənizi çox sevdiyini bildirib:

“Dənizi, üzməyi çox sevirəm. Xaricdə olanda uzaqlara qədər üzürəm. Azərbaycanda dənizdə daşlıq çoxdur, burada ancaq dənizkənarında oturmağa gəlirəm. Dənizə baxanda sakitləşirəm. Həftədə bir neçə dəfə qızım Selena ilə dəniz kənarına gəlirəm. Uşağa təmiz hava xeyirlidir, ana-qız birlikdə vaxt keçiririk”.