Afaq: “İstəmirəm mənə olan inamı itsin”

Afaq: “İstəmirəm mənə olan inamı itsin”
3932 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Afaq Gəncəli oğlu Qədirxandan danışıb.

Axşam.az-ın məlumatına görə, “Nə varsa” verilişində qonaq olan aparıcı oğlunun hər istəyini yerinə yetirdiyini bildirib:

“Oğlumla hər zaman diqqətli davranıram. Çalışıram, ona şəxsiyyət kimi yanaşım. Söz verirəmsə, edirəm. Çünki mən valideynlərimdən başqa cür münasibət görmüşəm. Uşaqlıqda pianino istəyirdim. Söz vermişdilər ki, alacaqlar, ancaq sonra bəhanə etdilər ki, ev balacadır, fikrin dərslərdən yayınacaq... Hələ də mən o pianinonu gözləyirəm. Bilirəm, gözləmək nə deməkdir. Bu günlərdə oğlum məndən “Playstation” disk istədi. Bir gün almadım. Dedim, oğlum bağışla, mağazanın yanından keçdim, amma yadımdan çıxdı. Dedi, ana, mən sənə inanıram. Amma səhər mütləq alıb apardım. İstəmirəm, oğlumun mənə olan inamı itsin. Yoxsa, yanında ana, valideyn kimi hörmətim qalmayacaq. Münasibətlərimiz qaydasında olsun. O, mənə sirrini deməkdən qorxmasın”.