Kluni tarixi abidədə toy edəcək

Kluni tarixi abidədə toy edəcək
999 dəfə oxunub
  • A-
  • A
  • A+
Qadınların sevimlisi, Hollivud ulduzu Corc Kluni ilə nişanlısı Amal Alamuddinin toyuna sayılı günlər qalıb.
 
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, nikah mərasimi sentyabrın ikinci həftəsi Komo gölü sahilində baş tutacaq. Toyun əsas hissəsi isə, Kluninin evinin yaxınlığındakı tarixi Vezio qalasında keçiriləcək. Bu gün otel kimi fəaliyyət göstərən Vezio qalasında artıq boş yer  yoxdur. 9-15 sentyabr tarixləri üçün bütün yerlər indidən tutulub.

Kluni ilə vəkil Alamuddin toya gələnləri bir həftə həmin oteldə qonaq etmək istəyirlər. Toy hazırlıqları gizli aparılır, cütlük mərasimlə bağlı rəsmi açıqlama vermir.
 
Kluni mərasimdən heç bir şəkil və ya videonun paylaşılmaması üçün xüsusi tədbirlər görüb.

Aktyor  sentyabrın 30-dək yaşadığı evin ətrafında insanların gəzməsini, villanı əhatə edən göldə üzməsini qadağan etmək üçün bələdiyyədən rəsmi icazə alıb.