Nadir xəstəliyə tutulan amerikalı modelin fotoları

Nadir xəstəliyə tutulan amerikalı modelin fotoları
5155 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı model Çantelle Braun Yanq nadir dəri xəstəliyi olan "Vitiliqo"-ya tutulsa da, karyerasında uğurla irəliləyir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda "America's Next Top Model" yarışmasında iştirak edən Yanq 4 yaşında ikən bu problemlə üzləşib. Xəstəliyin onun həyatına maneə olmasına icazə vermədiyini söyləyən model "People" jurnalına maraqlı açıqlamalar edib. O, əllərinə, üzünə və bədəninin digər nahiyyələrinə simmetrik yayılan bu ləkələr səbəbindən uşaqlıqda çox utandığını bildirib:

"Öz-özümə dedim ki, özümü gözəl hiss etməsəm, başqaları da belə düşünməyəcək. Hər gün inanana qədər göyçək olduğumu təkrarladım və bu hissi yaşamağı bacardım".

Qeyd edək ki, Braun Yanq 16 yaşında ikən Torontoda bir nəfər fotoqraf ona modellik təklifi edir. Daha sonra məşhur model Tira Banks onun şəkillərini İnstaqram səhifəsində görüb və onun adıçəkilən yarışmada iştirak etməsini istəyib.