AzTV-nin əməkdaşı rəsmi tədbirdə dünyasını dəyişdi

AzTV-nin əməkdaşı rəsmi tədbirdə dünyasını dəyişdi
5785 dəfə oxunub
  • A-
  • A
  • A+
Füzuli rayonunda bədbəxt hadisə baş verib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, Füzuli Rayon Prokurorluğundan daxil olan məlumata görə, hadisə bu gün səhər saat 10:00 radələrində qeydə alınıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi, 1955-ci il təvəllüdlü, Ağaqulu Əliağa oğlu Mürvətov Horadiz qəsəbəsində rəsmi tədbir zamanı generator maşınında olarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.