“Əgər sarayım varsa, demək ağıllıyam”

“Əgər sarayım varsa, demək ağıllıyam”
1541 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elçin Hüseynov “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi aparıcının “Deyirlər, qızı atasının puluna görə alırlar.

Sən də imkana görə ailə qurdun? Gələcəkdə qızlarını sənin var-dövlətinə görə istəsələr, nə edərsən” sualına belə cavab verib:

“Bizim nəsildə bir adət var: qızı imkanına görə yox, nəcabətinə görə alırıq. Mən də bu şərtlərlə ailə qurdum. Əgər mənim şadlıq evim, sarayım varsa, deməli ağıllı insanam. Ağlım var ki, pul qazanıram. Evimə elçi gələcək insanın da məqsədini başa düşəcək dərrakədəyəm. Bir də ki, hər ailənin, nəslin qayda-qanunu var. Bizdə də adətdir ki, ancaq qohumdan qız alırıq. Xeyri özümüzə veririk”.