"Eurovision" təmsilçimiz məşhur rok qrupuyla eyni səhnədə

"Eurovision" təmsilçimiz  məşhur rok qrupuyla eyni səhnədə
993 dəfə oxunub
  • A-
  • A
  • A+

Dilarə Kazımova Ukraynanın əfsanəvi “Okean Elzı” qrupunun Bakıdakı konsertində xüsusi qonaq olacaq.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, təkcə 2014 ildə “Okean Elzı” qrupunun 20-illiyinə həsr olunmuş konsertlərini canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub. Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupu” kimi tanınan kollektiv sentyabrın 6-da Bakıda Yaşıl Teatrda çıxış edəcək.

“Svyatoslavla birgə çıxış etmək – inanılmaz bir hadisədir, - deyə Dilarə bildirir. – Mən əminəm ki, soydaşlarımız çoxlu müsbət enerji toplayacaqlar. Bu yaddaşlarda qalan konsert olacaq”.

Azərbaycan müğənnisi Dilarə Kazımovanı və “Okean Elzı” qrupunun lideri Svyatoslav Vakarçuku populyar “Qolos” beynəlxalq formatlı şousu birləşdirir. 2014 ildə Dilarə Ukraynanın «1+1» telekanalında yayımlanan «Голос країни» layihəsinin iştirakçısı oldu. İlkin seçim turunu uğurla keçən müğənni Vakarçukun komandasına qatıldı. Dilarə canlı efirdə “Okean Elzı” qrupunun «Без бою» mahnısını və Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”- dən bir parça ifa etmişdi.