Aparıcı ad günü münasibətilə həyat yoldaşına sürpriz etdi

Aparıcı ad günü münasibətilə həyat yoldaşına sürpriz etdi
9417 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Turan İbrahimovun həyat yoldaşı, stilist Nərmin İbrahimovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, yaxınlarından saysız-hesabsız təbriklər, hədiyyələr alan Nərmin təəssüratlarının saytımızla bölüşüb:

“İlk təbriki həyat yoldaşım Turan etdi. Gecə saat 12-ni keçən kimi mənə bir dəstə çiçək gətirdi. Digər hədiyyələrimin nə olduğunu isə sadalamaq istəmirəm. Atamdan, anamdan, qayınanam və qayınatamdan gözəl təbriklər aldım. Mənim üçün əslində hədiyyə önəmli deyil. Allah istədiyim hər şeyi verib. Ən böyük hədiyyəm isə ailəmdir. Bu ad günümdə özümə arzum Allahın valideynlərimi, ailəmi, qayınana və qayınatamı yanımdan əskik etməməsidir. Bu günü özümüz qeyd edəcəyik. Təmtəraqlı bir məclis olmayacaq”.