"Hindistana eşq-məhəbbət üçün gəlməmişəm" - müsahibə

"Hindistana eşq-məhəbbət üçün gəlməmişəm" - müsahibə
4367 dəfə oxunub
  • A-
  • A
  • A+
Hazırda Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” yarışmasında iştirak edən rəqqasə Oksana Rəsulova Axşam.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Yarışmada bir əcnəbi kimi sənə münasibət necədir?Ayrı-seçkilik hiss edirsən?

- Mənə çox yaxşı davranırlar. Hərtərəfli kömək etməyə çalışırlar. Hətta burada hind dili müəllimim də var, mənə dili öyrədir. Ayrı-seçkilik görmürəm. Başqa ölkədən olduğumu hiss etdirmirlər.

- Hindistanda tanınmış simalardan biri oldun. İşgüzar təkliflər gəlirmi?

- Burada məni tanımağa başlayıblar. Təkliflər olduğunu da eşitmişəm. Amma özümə rəsmi şəkildə müraciət edən olmayıb. Çünki hər kəs mənim şouda iştirak etdiyimi görür. Bizi kimləsə əlaqə saxlamağa, danışmağa qoymurlar. “ZEE TV” ilə müqavilə imzalamışıq. Kənar insanlarla danışıqlar aparmağa icazəmiz yoxdur.

- Deyirlər, Oksana Hindistanda evlilik təklifi alıb...

- Sevgi etirafları olub. Amma bu, aktyorluq bacarığıma, əcnəbi olmağıma baxmayaraq, işimi, hind dilini bilməyimə görədir. İnsanlar mənə heyran olduqlarını gizlətmirlər. Yaxşı mənada hamını təəccübləndirirəm. Sevgiyə gəldikdə isə... Mən bura eşq-məhəbbət üçün gəlməmişəm. Bütün fikrim yalnız işimə yönəlib.

- Şouda nümayiş etdirdiyin səhnələr münsifləri çox təəccübləndirir.Ssenarini özünüz, yoxsa yaradıcı heyət hazırlayır?

- Burada bizimlə 8 müəllim çalışır. Hər kəsə uyğun ssenari yazılır. Bu, bizdən asılı deyil. Kimə nə verildi, onu da oynamalıdır. Burada iştirakçının istəyinə fikir verilmir. İxtiyarımız yoxdur ki, nəyəsə narazılığımızı bildirək. Əynimdə olan libasları, aksessuarları onlar seçir. İştirakçılara paltarları dərzilər tikir. Biz heç nəyə pul xərcləmirik. Hər şeyi şounun rəhbərləri təşkil edir.

- Əgər sənin ixtiyarında olsaydı, nə cür səhnə canlandırmaq istəyərdin?

- Dramatik bir səhnə ola bilərdi. Hələ ki mənə qismət olmayıb.

Zəhra ƏHMƏDOVA