“Miss Globe İnternational” gözəllik müsabiqəsinin tarixi dəyişdirildi

“Miss Globe İnternational” gözəllik müsabiqəsinin tarixi dəyişdirildi
1985 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqustun 23-də Bakıda keçirilməsi planlaşdırılan "Miss Globe İnternational" gözəllik müsabiqəsinin tarixi dəyişdirilib.

Axşam.az-ın məlumatına görə, bu barədə yarışmanın təşkilatçısı Savaş Ağca məlumat verib.

Onun sözlərinə görə, müsabiqənin finalı avqustun 27-də "Baku Crystal Hall"da baş tutacaq:

“Müsabiqəyə möhtəşəm şou ilə açılış ediləcək. Həmin gün demək olar ki, bütün dünyanın gözü Bakıda olacaq".

Təşkilatçı qeyd edib ki, "Miss Globe International" haqda mətbuata yalnız onun açıqlama vermək hüququ var. 

Müsabiqə ilə bağlı avqustun 4-də saat 15:00-da "Baku Crystal Hall"un konfrans zalında mətbuat konfransı keçiriləcək.

S.Ağca mətbuatda müsabiqənin təxirə düşməsi barədə yazılan fikirlərə də aydınlıq gətirib:

"Bu haqda söhbət gedə bilməz. Sadəcə bəlli səbəbdən tarixi dəyişdirilib. Biz bu müsabiqəni Azərbaycanda keçirməklə bir daha qardaş ölkəmizi dünyaya tanıtmaq məqsədindəyik. Hər kəsi müsabiqəyə tamaşa etməyə dəvət edirik. Müsabiqədə qonaq qismində tanınmış simalar- Demet Akalın, Gökhan Özen, İnna, Kaan&Radio Killer, Lolita, Gürkan Uygun, Asena və başqaları iştirak edəcəklər. Türkiyənin tanınmış siması Burcu Esmersoy aparıcılıq edəcək. Bundan başqa, dəb ustası Barboros Sansal və başqa süpriz adlar da müsabiqəyə təşrif buyuracaqlar. Müsabiqəni işıqlandırmaq üçün Türkiyədən Kanal D magazin, Star magazin, Show Tv magazin, Tv8 Magazin proqramlarının çəkiliş qrupu da gələcək. Yarışmamızın şüarı "Dünya Azərbaycana gəlir" adı altındadır”.

Qeyd edək ki, müsabiqənin tarixinin dəyişdirilməsi avqustun 23-ü Füzuli və Cəbrayılın işğal günü olması ilə bağlıdır.